Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 28 fevral 2020 12:51 (UTC +04:00)

Fevralda 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq . Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-8, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz:

Fevralın 29-da Abşeron yarımadasında gündüz saatlarında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR