Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  • Clock-gray 12:58
  • calendar-gray 28 Mart 2020

Martın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman, axşam çiskin olacağı ehtimalı var.

Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu  Abşeron yarımadasında gecə 5-9, gündüz  13-17, Bakıda  gecə 6-8, gündüz 15-17 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 762 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80  faiz olacaq.  

Martın 29-da Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gecə və səhər duman olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 4-9, gündüz  13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək  isti, gündüz  3-7 dərəcə isti olacaq.

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date