Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 06 aprel 2020 13:14 (UTC +04:00)

Aprelin 7-də Bakıda və Abşeron yarımadasında gün ərzində arabir yağış yağacağı, duman olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, güclü şimal-qərb küləyi gündüz mülayimləşəcək.

Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti, Bakıda gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə və gündüz 75-85 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-10° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR