Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 31 may 2020 13:51 (UTC +04:00)

İyunun 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya bildirilib ki, səhər bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu Abşeron yarımadasında gecə 16-19, gündüz 25-29, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti təşkil edəcək.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR