Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  • Clock-gray 11:50
  • calendar-gray 25 Oktyabr 2020

Oktyabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  zəif duman olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17, gündüz  20-25, Bakıda gecə 15-17, gündüz 22-24 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 763 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz  50-55 faiz olacaq. 

Oktyabrın 26-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə  duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14, gündüz 21-26, dağlarda gecə 6-11, gündüz 16-21 dərəcə  isti olacaq.  

 

apa-logo-mini

Digər xəbərlər