Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  • Clock-gray 13:15
  • calendar-gray 16 Noyabr 2020

Noyabrın 17-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz  9-11, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunundan 772 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.  

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı  gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu  gecə 5-8,  gündüz 10-15, dağlarda gecə 2-5 dərəcə şaxta, gündüz  2-5 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Noyabrın 17-də Abşeron yarımadasında tutqun və yağmurlu hava şəraitinin üstünlüyü bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

 

apa-logo-mini

Digər xəbərlər