Sabahın hava proqnozu

Sabahın hava proqnozu
  • Clock-gray 13:05
  • calendar-gray 16 Dekabr 2020

Dekabrın 17-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, dekabrın 17-də Bakı və Abşeron yarımadasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Səhər zəif duman olacaq, mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 6-8, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət  80-90 faiz  təşkil edəcək.

Dekabrın 17-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Bəzi yerlərdə  duman olacaq, qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir  güclənəcək.  

Havanın temperaturu  gecə 1-6,  gündüz 7-10 dərəcə isti, dağlarda gecə 2-6 dərəcə şaxta, gündüz  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.  

Tibbi-meteoroloji proqnoza əsasən, dekabrın 17-də Abşeron yarımadasında mülayim küləkli və rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. 

 

apa-logo-mini

Digər xəbərlər