Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Clock-gray 12:14
  • calendar-gray 20 Dekabr 2020

Dekabrın 21-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verdilən məlumata görə,  dekabrın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz  8-10, Bakıda gecə 3-5, gündüz  8-10 dərəcə isti olacaq. Atmosfer  təzyiqi normadan yüksək 770 mm civə sütunu təşkil edəcək, nisbi rütubət  gecə 70-80, gündüz 50-55 faiz  olacaq.                                                                                                                                        Dekabrın 21-də Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir  duman olacaq. Qərb küləyi əsəcək.  Havanın temperaturu  gecə 1 dərəcə şaxtadan

4 dərəcəyədək isti, gündüz 7-11 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.   

 

apa-logo-mini

Digər xəbərlər