Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb
  • Clock-gray 11:42
  • calendar-gray 03 Yanvar 2021

Yanvarın 4-də gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətinin APA-ya verdiyi məlumata görə yanvarın 4-də  Bakıda və Abşeron yarımadasında  buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şimal küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 4-6, gündüz  7-9, Bakıda gecə 4-6, gündüz  7-9  dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət 70-80 faiz olacaq. 

Yanvarın 4-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə  2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  5-9 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.   

Tibbi-meteoroloji proqnoza görə, yanvarın 4-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

 

apa-logo-mini

Digər xəbərlər