Sabirabadda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

Sabirabadda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb
  • Clock-gray 17:54
  • calendar-gray 02 Aprel 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Sabirabad rayonu, Şəhriyar kəndi, Şirvab-Sabirabad magistral yolunda fəaliyyət göstərən, fiziki şəxs Bahadirova Leyli Hüseyn qızına məxsus kafedə yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi məlum olub.

Müəssisədə sanitariya-gigiyena norma və qaydalarının pozulduğu, ərzaqların saxlanılması üçün anbar sahəsinin təşkil edilmədiyi, temperatur və rütübət rejiminə əməl olunmadığı, dezinfeksiya, dezinsekiya və deratizasiya tədbirlərinin aparılmadığı aşkar olunub. Həmçinin işçi heyətin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi müəyyən olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq, inzibati protokol tərtib olunub, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Günay Elşadqızı

Digər xəbərlər