Şağandakı Reabilitasiya Pansionatı bu ilin sonunadək istifadəyə veriləcək

Şağandakı Reabilitasiya Pansionatı bu ilin sonunadək istifadəyə veriləcək
# 14 noyabr 2020 10:40 (UTC +04:00)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Bakının Şağan qəsəbəsindəki Reabilitasiya Pansionatında aparılan əsaslı təmir və yenidənqurma işlərinin ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Bu barədə APA-ya nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən bildirilib.

“Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq”, - nazirlikdən bildirilib.

Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR