Şagirdlərin yerdəyişməsinə başlanılıb

Şagirdlərin yerdəyişməsinə başlanılıb
# 16 noyabr 2020 12:03 (UTC +04:00)

Bu gündən etibarən yenidən şagirdlərin elektron yerdəyişməsinə başlanılıb.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR