Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üzrə müraciətlərə başlanılır - YENİLƏNİB

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üzrə müraciətlərə başlanılır - YENİLƏNİB
# 01 iyun 2020 16:14 (UTC +04:00)

İyunun 1-də 2020-2021-ci tədris ilində xüsusi təhsildə I sinfə qəbul olunacaq və həmçinin təkrar müayinəsi tələb olunan sağlamlıq imkanları məhdud uşaqların müayinə olunma prosesinə start verilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən həyata keçirilən proses sentyabrın 30-dək davam edəcək. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin hazırladığı “Vətəndaş qəbulu həyata keçirən qurumlarda koronovirus (COVİD-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə müayinə zamanı riayət olunmasına və eləcə də müayinə tarixlərinə dair təlimati məktub yerli təhsili idarəetmə orqanlarına göndərilib.

Qeyd edək ki, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsilə cəlb olunmaları barədə qərar psixoloji-tibbi-pedaqoji komissiyalar tərəfindən uşaqların fiziki çatışmazlıqlarının, əqli və (və ya) psixi ləngimələrinin diaqnostikası əsasında verilir.

***

00:02

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib xüsusi təhsil formasını seçməlidirlər.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, həmin valideynlər şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə iyunun 1-i tarixindən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.

Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün xüsusi məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR