Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq

Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların sosial xidmətlərdən istifadəsi üçün tələblər hazırlanacaq
# 27 noyabr 2020 16:25 (UTC +04:00)

2021-2023-cü illərdə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial və digər xidmətlərdən istifadəsi və cəmiyyətə inteqrasiyasını təmin edən tələblər hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin 2020-ci il 27 noyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı”nda əksini tapıb.

Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

Plana əsasən mütəmadi olaraq regionlarda sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası və cəmiyyətə inteqrasiyası məqsədilə icma əsaslı dəstək proqramlarının həyata keçiriləcək.

Fəaliyyət Planına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırıq verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR