Sahil Babayev: "İşsizlik sığortası ilə bağlı silsilə tədbirlər hazırlanır"

Sahil Babayev: "İşsizlik sığortası ilə bağlı silsilə tədbirlər hazırlanır"
# 07 aprel 2020 18:38 (UTC +04:00)

"Əgər vətəndaş öz ərizəsi ilə işdən çıxırdısa və ya onunla imzalanan müqavilənin müddəti başa çatırdısa, onlara işsizlik sığortası ödənilmirdi".

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bununla bağlı silsilə tədbirlər hazırlanır: "Müvafiq qanunvericiliyə dəyişikliklər edildikdən sonra müddətli müqavilələr üzrə müqavilə müddəti bitən şəxsə də işsizlikdən sığorta ödəniləcək. Hesab edirik ki, təkcə bu il ərzində ən azından 20 min şəxs bu mexanizmlə əhatə olunacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR