Şahmar Mövsümov: “Bu gün rəsmi işə götürülmüş insanların işdən çıxarılması məsələsi yoxdur”

 Şahmar Mövsümov: “Bu gün rəsmi işə götürülmüş insanların işdən çıxarılması məsələsi yoxdur”
  • Clock-gray 12:01
  • calendar-gray 08 Avqust 2020

“Əlbəttə hamımız istəyirik ki, toylar olsun, amma hamımızda başa düşürük ki, sanitar-epidemioloji vəziyyət bu gün buna imkan vermir”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Ş Mövsümov qeyd edib ki, hökumətim sahibkarlara yardım etməsi, işçilərə isə yardım göstərməməsi barədə fikirlər yanlışdır: “Hökumət sahibkara yardım edir ki, o işçilərini işdən azad etməsin, onların əməkhaqqısını ödəməyə davam etsin. Bu gün rəsmi olaraq işə götürülmüş insanların heç birinin işdən çıxarılması məsələsi yoxdur. Dövlət müəssisələrinə bununla bağlı göstəriş verilib, eyni zamanda özəl sektora. Amma qeyri-rəsmi olaraq işləyənlərin bu gün hansısa tələb irəli sürmək haqqı olmur. Ona görə də bu artıq fürsətdir ki, rəsmi qeydiyyatda olan işlərdə işləsinlər”.

Firuzə Vahid

Digər xəbərlər