Şahmar Mövsümov: "Hazırda başqa ölkələrdən koronavirusa qarşı vaksinlərin alınması məsələsinə baxılmır"

Şahmar Mövsümov: "Hazırda başqa ölkələrdən koronavirusa qarşı vaksinlərin alınması məsələsinə baxılmır"
  • Clock-gray 12:34
  • calendar-gray 16 Yanvar 2021

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov başqa ölkələrdən koronavirusa qarşı vaksin alınıb-alınmayacağı məsələsinə aydınlıq gətirib. 

APA-nın məlumatına görə, Şahmar Mövsümov bildirib ki, hazırda başqa ölkələrdən vaksinlərin alınması məsələsinə baxılmır: “Tibbi qərargah, Operativ qərargah bütün vaksin istehsalçıları ilə daim əlaqədədir. Dünyada nə baş verirsə xəbərimiz var”. 

Qeyd edək ki, Azərbaycan Çinin "Sinovac" şirkətinin istehsal etdiyi "CoronoVAC" vaksini alıb. 

 

Günay Elşadqızı

Digər xəbərlər