Şahmar Mövsümov: “Maska taxmaq, məsafə saxlamaq, əlləri yumaq lazımdır”

Şahmar Mövsümov: “Maska taxmaq, məsafə saxlamaq, əlləri yumaq lazımdır”
# 03 iyul 2020 17:16 (UTC +04:00)

“Supermarketdə, avtobusda maska taxmayana birimiz irad tutanda, hamımız ona dəstək olmalıyıq”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bildirib.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi deyib ki, heç kim isti havada əlcəkdə, maskada gəzmək istəməz: “Ancaq bunun üçün hamımız qaydalara riayət etməliyik. Bu gün bir çox sualın cavabını bilmirik. Əvvəllər deyirdilər ki, dünya təcrübəsinə müraciət edin. Bu üsulların cavabını hazırda dünya axtarır və tapa bilmir. Mənim də ailəm, uşaqlarım var, bu suallar da məni narahat edir, ailəm də risk altındadır. O riski yaradanlar da insanlardır. “Sosial məsafəni saxlamasam, maska taxmasam, əlimi yumasam, heç nə olmaz” demək düzgün deyil. Sərt karantin rejiminin uzadılmasının da səbəbi odur ki, artım zəncirini qırmaq üçün tibbi-metodiki göstərişlərə riayət edilməlidir”.

Ş. Mövsümov qeyd edib ki, bu gün artım dalğası tək Azərbaycanla bağlı deyil: “ABŞ və Çində də bu artım var. Azərbaycandan sonra yumşalmalara gedən ölkələrdə də ciddi problem var. Sadəcə, maska taxmaq, sosial məsafəni gözləmək, əlləri yumaq lazımdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR