Şahmar Mövsümov: “Ölkədə hərəkət məhdudlaşdırılır, yalnız 17 yaşayış məntəqəsində hərəkətə icazə veriləcək”

Şahmar Mövsümov: “Ölkədə hərəkət məhdudlaşdırılır, yalnız 17 yaşayış məntəqəsində hərəkətə icazə veriləcək”
# 08 dekabr 2020 15:25 (UTC +04:00)

“Ölkə ərazisində hərəkət məhdudlaşdırılır”.

APA-nın xəbərinə görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildirib ki, yalnız 17 yaşayış məntəqəsində hərəkətə SMS-lə icazə veriləcək.

Qeyd edək ki, SMS icazənin tətbiq olunduğu yaşayış məntəqələri sırasına Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisi, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzləri (kənd və qəsəbələr istisna olmaqla) daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR