Şahmar Mövsümov: "Pandemiya bütün ölkələrə dalğavari təsir edib"

Şahmar Mövsümov: "Pandemiya bütün ölkələrə dalğavari təsir edib"
# 19 mart 2021 16:04 (UTC +04:00)

“Biz artıq bir ildən çoxdur ki, COVİD-19 pandemiyasını yaşayırıq. Pandemiya bütün ölkələrə dalğavari təsir edib”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, bu dalğalar müxtəlif ölkələrdə müxtəlif vaxtlarda baş verib: “Bir çox ölkələr hazırda qapanmalara gedirlər. Qapanmalar dalğanın sürətini azaldır və ölkələrə imkan yaradır ki, səhiyyə sisteminn dayanıqlılığını yarada bilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR