Şahmar Mövsümov: "ÜST “AstraZeneca” vaksinindən istifadəni tövsiyə edir"

Şahmar Mövsümov: "ÜST “AstraZeneca” vaksinindən istifadəni tövsiyə edir"
# 19 mart 2021 16:33 (UTC +04:00)

“Ölkəmizə hələlik “AstraZeneca” vaksini gətirilməyib”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi bildirib ki, vaksin ölkəyə gətirildikdən sonra ÜST-ün tövsiyələrinə əsasən tətbiqinə başlanacaq.

Bəzi ölkələrin “Astra-Zeneca” peyvəndindən istifadəni müvəqqəti dayandırması ilə bağlı Ş. Mövsümov qeyd edib ki, heç bir ölkə “AstraZeneca” vaksinini hələlik boykot etməyib, ÜST bu vaksindən istifadəni tövsiyə edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR