Şahmar Mövsümov: “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir”

Şahmar Mövsümov: “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir”
  • Clock-gray 11:08
  • calendar-gray 16 Yanvar 2021

"Biz dalğavari prosesin ikinci mərhələsində azalmanı müşahidə edirik”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, hazırda vaksinasiya prosesi önəmlidir: “Yoluxma əmsalının 31 faizdən 5 faizə enməsi bizə müəyyən yumşalmalara getməyə əsas verir. Biz bir neçə mərhələdən ibarət yumşalma prosesinə start veririk”.

Qeyd edək ki, yoluxma əmsalı aparılan testlər zamanı aşkarlanan yoluxma hallarının testlərin sayına nisbətidir. 

Ramiz Mikayıloğlu

Digər xəbərlər