Şahmar Mövsümov: “Yoluxmalar artsa, yenə də bağlanmalara məcbur olacağıq”

Şahmar Mövsümov: “Yoluxmalar artsa, yenə də bağlanmalara məcbur olacağıq”
# 08 avqust 2020 12:37 (UTC +04:00)

“Əlimizdə olan faktlar göstərir ki, açıq havada virusun yayılma ehtimalı daha azdır”.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ qərargahın brifinqində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Prezidentin köməkçisi qeyd edib ki, yumşalmalar sanitar-epidemioloji qaydalara əməl edilməsi, yoluxmanın sayının azalması ilə bağlı edilir: “Burada məsələ hava ilə bağlı deyil. Açıq havada yoluxma ehtimalı daha az olsa da, sanitar-epidemioloji qaydalara ciddi əməl edilməlidir. Çünki yoluxmalar artsa, biz yenə də bağlanmalara məcbur olacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR