Salyanda şirniyyat sexində nöqsanlar aşkarlanıb

Salyanda şirniyyat sexində nöqsanlar aşkarlanıb
# 16 mart 2021 13:10 (UTC +04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Salyan rayonu, X.R.Ulutürk, ev 8, mənzil 14 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nəcəfov Arif Mirzəağa oğluna məxsus unlu-qənnadı məmulatların istehsalı sexində yoxlama keçirib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisədə xammalların saxlanılması üçün anbar sahəsinin mövcud olmadığı, xammal kimi istifadə olunan un, yumurta, ədviyyatlar və digər məhsulların birbaşa istehsal sahəsində temperatur rejiminə riayət edilmədən saxlanıldığı müəyyən edilib. Un kisələrinin istehsal sahəsində birbaşa döşəmənin üzərində divara bitişik saxlanıldığı, məhsulların hazırlanmasında istifadə olunan əsas xammallardan unun ələkdən keçirilmədiyi aşkarlanıb.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin fəaliyyəti ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Faktla bağlı araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR