Şamaxı Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub

Şamaxı Cümə Məscidində şəhidlərin ruhuna dualar oxunub
# 04 dekabr 2020 14:09 (UTC +04:00)

Dekabrın 4-də ölkəmizin hər yerində olduğu kimi, Şamaxı şəhərində də Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi yad edilib.

APA-nın yerli bürosunun xəbərinə görə, Şamaxı Cümə Məscidində rayon dindarları cümə namazı qıldıqdan sonra Vətən müharibəsində canından keçən Vətən övladlarına Allahdan rəhmət diləyib, onların ruhuna dualar oxuyublar.

Şamaxı Cümə Məscidinin imamı, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərhəmət Mustafayev APA-nın yerli bürosuna bildirib ki, 1918-ci ildə ermənilər Şamaxı Cümə Məscidində 1750-ə yaxın, Şamaxı İmamzadə Məscidində isə 1000 nəfərdən çox Azərbaycan vətəndaşını diri-diri yandıraraq soyqırıma məruz qoyub. Hələ də məscidin divarlarında həmin qanlı hadisələrin izi qalmaqdadır.

Mərhəmət Mustafayev qeyd edib ki, ermənilər Şamaxıda ümumilikdə 11 məscidi dağıdaraq məhv edib, müsəlmanları işgəncə ilə qətlə yetiriblər. O, Qarabağda mövcud olan 67 məscidimizin ötən 30 il ərzində erməni əsrliyində olduğunu, düşmən tərəfindən onların hamısının dağıdılaraq məhv edildiyini, onlardan yalnız 4-nün quru divarlarının qaldığını bildirib. Erməni vandalları həmin məscidlərdə donuz, mal-qara saxlayaraq dinimizi, insanlarımızı təhqir edib, 400-dən çox dini abidələrimizi, qəbiristanlıqları məhv ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR