Şamaxı Rəsədxanasında müşahidə aparmağa mane olan amillər açıqlanıb

Şamaxı Rəsədxanasında müşahidə aparmağa mane olan amillər açıqlanıb
# 28 fevral 2020 17:44 (UTC +04:00)

"Rəsədxana ətrafında olan təkcə beşulduzlu otellər deyil, Avaxıl kəndindən gələn işiq mənbələri, yoldan keçən maşınların işıqları gecələr rəsədxanadan müşahidə aparmağa mane olur".

APA xəbər verir ki, bunu mətbuat konfransında N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov deyib. O bildirib ki, aidiyyəti şəxslərlə bununla bağlı razılığa gəlinib və artıq həll yolu tapılıb:

"Gecələr müşahidə aparılan zaman otelə zəng edilir. Otelin rəsədxanaya baxan hissəsində işıqların üstü qoruyucu örtüklərlə örtülür. Həmçinin müzakirə olunub ki, otelin işıqlandırılması üçün işıqlar yerə vurulsun. Hündür ağaclar əkilsin ki, toz bizim cihazlara mane olmasın. Bu tədbirlərin hamısı nəzərdə tutulub və həyata keçiriləcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR