“Samsung”un rəhbəri vəfat edib

“Samsung”un rəhbəri vəfat edib
  • Clock-gray 14:58
  • calendar-gray 25 Oktyabr 2020

“Samsung” şirkətinin rəhbəri Li Qon Hi dünyasını dəyişib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə o, Seul şəhərindəki xəstəxanaların birində vəfat edib.

1942-ci ildə doğulan Li Qon Hi 1987-ci ildə “Samsung”un sədri vəzifəsində şirkətin qurucusu olan atasını əvəzləyib. 

2014-cü ildə Li Qon Hi ürək tutması keçirib, bundan sonra korporasiyaya nəzarət oğlu, vite-prezident Li Çje Yona keçib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər