Samuxda zavoddan tapanca və qumbara tapılıb

Samuxda zavoddan tapanca və qumbara tapılıb
# 08 sentyabr 2020 12:11 (UTC +04:00)

Samuxda zavoddan odlu silahlar tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Samux RPŞ və Dövlət vergi xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində rayon ərazisindəki zavodların birində iş otağındakı seyfdən “Makarov” markalı tapança, 24 ədəd patron, 2 ədəd patron darağı, “RQD” və “F-1” qumbaraları aşkar edilərək götürülüb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR