Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək

Satdığı evinin pulunu Orduya xərcləyən Vüqar Sədibəyli xeyriyyəçilik fəaliyyətini davam etdirəcək
# 27 noyabr 2020 12:24 (UTC +04:00)

Sentyabrın 27-də Azərbaycan ordusu ərazilərimizin erməni işğalından azad edilməsi üçün əks-hücum əməliyyatına başladı və bu əməliyyat Azərbaycanın tarixi qələbəsi və ölkənin ərazi bütövlüyünün bərpası ilə uğurla başa çatdı.

Vətən müharibəsi 44 gün davam etdi və bütün bu müddət ərzində Vüqar Sədibəyli, bacardığı qədər, Azərbaycana şanlı qələbə qazandıran igid Azərbaycan Ordusuna kömək etdi.

Baş verənlərin bütün məsuliyyətini və əhəmiyyətini hiss edərək, Vüqar Sədibəyli evini satdı və əldə etdiyi bütün vəsaiti Azərbaycan ordusunun ehtiyaclarına yönəltdi - beləliklə, ölkə üçün belə vacib bir tarixi məqamda Azərbaycan ordusuna dəstək olaraq, Vətən qarşısındakı vətəndaşlıq borcunu yerinə yetirdi. Ümumiyyətlə, bu dövrdə, Vətən və Azərbaycan Ordusu naminə xoş işlərə 200.000 AZN xərclədi.

Evin satışından əldə olunan vəsait ilə V. Sədibəyli Bərdə və Ağdamdakı hərbi hospitallar üçün portativ rentgen aparatı, cərrahi avadanlıq və müxtəlif tibbi ləvazimatlar əldə etdi.

44 gün ərzində cəbhənin müxtəlif istiqamətlərinə isti paltar, siqaret, meyvə, su, qida, papaq, corab, hərbi çadır və ilk tibbi yardım ləvazimatları ilə 10 yük maşını göndərildi.

Vüqar Sədibəyli onlarla ehtiyacı olan hərbçi və şəhid ailəsinə maddi yardım göstərdi, bir milli qəhrəmanın ailəsinin yaşayış şəraitini yaxşılaşdırdı və ailə üzvlərindən birini iş ilə təmin etdi. Həmçinin Vətən müharibəsi dövründə döyüşlərdə xüsusilə fərqlənən hərbçiyə maşın bağışladı və xeyriyyəçilik fəaliyyətini davam etdirmək niyyətindədir.

Vüqar Sədibəylinin nəcib əməli Vətənə səmimi, sadiq və həqiqi sevginin parlaq nümunəsidir!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR