Səbail rayon sakini Əli Nəsirovun 100 yaşı qeyd edilib

Səbail rayon sakini Əli Nəsirovun 100 yaşı qeyd edilib
# 19 mart 2021 16:56 (UTC +04:00)

Martın 19-da Səbail Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşları, Səbail Bələdiyyəsinin üzvləri və Respublika Veteranlar Təşkilatının nümayəndələri Səbail rayon sakini Nəsirov Əli Surxay oğlunu 100 yaşı tamam olması münasibəti ilə təbrik ediblər.

Səbail Rayon İcra Hakiməyyətindən APA-ya verilən məlumata görə, görüş zamanı Səbail Bələdiyyəsinin sədri Hacı Əliyev ad günü münasibəti ilə Nəsirov Əli Surxay oğluna uzun ömür və can sağlığı arzulayıb. Onun sözlərinə görə, yaşlı, ahıl insanlara qayğı və ehtiram göstərilməsi sosial siyasətin prioritet istiqamətidir: “Son illər dövlət başçısının imzaladığı Fərman və Sərəncamlar dövlət himayəsində yaşayan tənha yaşlı və ahıl insanların normal yaşayış şəraiti, onların etibarlı sosial müdafiəsi təmin olunmasına yönəlib. Eyni zamanda, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi, pensiya təminatının yaxşılaşdırılması, pensiyaların ciddi şəkildə artırılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Həyata keçirilən bu mühüm sosial müdafiə tədbirləri vətəndaşlarımızın Novruz bayramını daha nikbin duyğularla qarşılamasına, bayram əhvali-ruhiyyəsinin xeyli artmasına səbəb olub. Bütün bunlar bir daha göstərir ki, dövlət başçısının apardığı siyasət Azərbaycan vətəndaşının, o cümlədən yaşlı, ahıl insanların layiqli yaşayış səviyyəsinin təminatına xidmət edir”.

Daha sonra rayon sakini Nəsirov Əli Surxay oğluna Səbail Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Nəsirov Əli Surxay oğlu 1941-ci ildə İkinci Dünya müharibəsi başlayarkən Gürcüstanın Kutaisidə şəhərində hərbi təlim keçib, 1942-ci ildən müharibədə quru qoşunlarının artilleriyasında tankçı kimi Belarusiya, Polşa və Almaniyanın Berlin şəhərində gedən döyüşlərdə iştirak edib.

Nəsirov Əli Surxay oğlu yaşlı və ahıl insanlara göstərilən yüksək qayğıya, sosial müdafiə tədbirlərinin, pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi üçün atılan mühüm addımlara, eyni zamanda, dövlətin himayəsində yaşayan yaşlı, ahıl insanlar üçün yaradılan müasir, rahat şəraitə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR