Şəhid Elmar Nəbiyevin ailəsi sosial dəstəklə təmin olunub

Şəhid Elmar Nəbiyevin ailəsi sosial dəstəklə təmin olunub
# 26 dekabr 2020 13:43 (UTC +04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və tabeliyindəki qurumların rəhbər şəxslərinin Vətən müharibəsi şəhidlərinin və qazilərinin ailələri ilə görüşləri davam edir. Nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəyli şəhid Elmar Nəbiyevin ailəsi ilə görüşüb, onların sosial vəziyyəti ilə tanış olub.

Nazirlikdən APA-ya verilən məlumata görə, atası, anası və bacısı ilə birgə Pirallahı rayonunda yaşamış Elmar Nəbiyev Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Ailə ilə görüş zamanı müəyyən olunub ki, Elmarın valideyinləri işləmir, pensiya alırlar. Bacısı isə II kurs tələbəsidir. Ailənin məşğulluğunu təmin etmək məqsədilə istəkləri əsasında şəhidin atası Elman Nəbiyevə özünüməşğulluq proqramı çərçivəsində xidmət sahəsi üzrə avadanlıqlar təqdim edilib, anası isə haqqı ödənilən ictimai işə cəlb edilib.

Bunlarla yanaşı ailəyə sosial ödənişlərin - Prezidentin aylıq təqaüdünün, həmçinin hüququ müəyyən edilməklə pensiya və ya müavinətin təyinatı da həyata keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR