Şəhid ailələri və müharibə əlillərinə 50 mənzil təqdim edilib

Şəhid ailələri və müharibə əlillərinə 50 mənzil təqdim edilib
  • Clock-gray 15:13
  • calendar-gray 15 Mart 2021

Bakının Ramana qəsəbəsindəki yeni yaşayış kompleksində şəhid ailələri və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən məlumata görə, tədbirdə nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı, “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Orucova, keçmiş xüsusi təyinatlı, polkovnik leytenant İlham Rüstəmov, Vətən müharibəsi qazisi Vidadi Ağagülov  və başqaları iştirak ediblər.

V.Behbudov bildirib ki, Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə geniş miqyas alır. Nazirlik tərəfindən bu kateqoriyalardan olan  vətəndaşlara 2018-ci ildə 626 ədəd, 2019-cu ildə 934 ədəd, 2020-ci ildə 1572 ədəd mənzil və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev veriləcək. Bu da mənzil və fərdi evlə təminat proqramının 2018-ci ilə nisbətən 5 dəfəyə yaxın genişləndiyini göstərir.

2021-ci ilə dair plan üzrə artıq 100 mənzil təqdim edilib, ümumilikdə ötən dövrdə isə onlara 9250 mənzil və fərdi ev verilib.

Günay Elşadqızı

Digər xəbərlər