Şəhid ailəsinə təqaüd üzrə ödəniş kartı evində təqdim edilib

Şəhid ailəsinə təqaüd üzrə ödəniş kartı evində təqdim edilib
  • Clock-gray 14:33
  • calendar-gray 26 Dekabr 2020

Qələbəmizin qəhrəmanlarından biri olan Orxan Əliyev Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşlərdə şəhid olub. Şəhidin ailəsinin yaşayışı daim diqqətdə saxlanılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun  əməkdaşları Bakının Şağan qəsəbəsində yaşayan ailə ilə görüşüb, sosial vəziyyəti ilə maraqlanıblar. 

Nazirlikdən APA-ya verilən məlumata görə, ailəyə Prezidentin aylıq təqaüdünün artıq təyin olunduğu bildirilib və təqaüd üzrə ödəniş kartı şəhidin həyat yoldaşına təqdim edilib. Ailə üzvləri, eyni zamanda, ailə başçısını itirməyə görə pensiya və aylıq müavinət də alacaqlar. Şəhidin həyat yoldaşına şəhid ailələri üçün nəzərdə tutulan digər sosial dəstək tədbirləri, imtiyazları barədə də məlumat verilib.

Günay Elşadqızı

Digər xəbərlər