Şimal bölgəsində 20 sm qar yağıb, temperatur mənfi 14 dərəcəyədək enib - FOTO

Şimal bölgəsində 20 sm qar yağıb, temperatur mənfi  14 dərəcəyədək enib - FOTO
  • Clock-gray 10:09
  • calendar-gray 12 Mart 2021

Ötən gün axşam saatlarından başlayaraq şimal rayonlarına qar yağmağa başlayıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, ən çox yağıntı Qusarın Ləzə kəndində qeydə alınıb. Belə ki, burada qarın hündürlüyü 20 santimetrə çatıb. Qubanın rayon mərkəzində 14, Xaltan kəndində 10, Təngəaltıda 15, Qırızda 11, Xınalıqda 3 sm qar yağıb.

Qarın hündürlüyü Qusarın rayon mərkəzində 14, Xaçmazda 4, Xızının Altıağac qəsəbəsində 7 santimetr olub. 

Bölgədə ən aşağı temperatur -14 dərəcə Qubanın Qırız kəndində qeydə alınıb.

 

Vəli Turan

Digər xəbərlər