Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyə düşüb

Şimal bölgəsində temperatur mənfi 17 dərəcəyə düşüb
  • Clock-gray 09:49
  • calendar-gray 25 Fevral 2021

Ölkə ərazisində hava şəraitinin kəskin dəyişməsi nəticəsində şimal bölgəsinin bəzi yaşayış məntəqələrində temperatur mənfi 17 dərəcəyədək enib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubada temperatur mənfi 13,4 dərəcə, qarın hündürlüyü isə 20 sm olub. Rayonun Xaltan kəndində mənfi 17,1 dərəcə temperatur qeydə alınıb. Qırız və Xınalıqda isə havanın temperaturu mənfi 11-12 dərəcə olub.

Xızının Altıağac qəsəbəsində qarın hündürlüyü 19 sm, temperatur mənfi 13 dərəcə, Qusarın Yasab kəndində 5 sm qar, mənfi 15 dərəcə temperatur müşahidə olunub.

Xaçmaz rayonunda isə havanın temperaturu mənfi 8 dərəcəyədək enib.

Vəli Turan

Digər xəbərlər