Şirniyyat evinin rəhbəri nöqsanlarla bağlı inzibati məsuliyyətə cəlb olunub

Şirniyyat evinin rəhbəri nöqsanlarla bağlı inzibati məsuliyyətə cəlb olunub
# 15 fevral 2021 17:26 (UTC +04:00)

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Ağdam rayonu, Quzanlı qəsəbəsi, Heydər Əliyev prospektində yerləşən "Qızıl Qaya 2017" MMC-yə məxsus "Tural" şirniyyat evində yoxlama keçirilib.

Bu barədə APA-ya Agentlikdən bildirilib. Verilən məlumata görə, yoxlama zamanı qida məhsullarının istehsalı, daşınması, saxlanması, qablaşdırılması, etiketləşdirilməsi və satışı sahəsində normativ texniki sənədlərin tələblərinə əməl olunmadığı aşkar olunub.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR