Şirvanda küləkli hava fəsadlar törədib - FOTO

Şirvanda küləkli hava fəsadlar törədib - FOTO
# 12 mart 2021 15:15 (UTC +04:00)

Şirvanda küləkli hava bir sıra fəsadlar törədib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvanda yağışlı və küləkli hava şəraiti ağacların aşmasına səbəb olub. Dəmir yolu keçidinin yaxınlığında iri gövdəli ağac “Hyundai” markalı avtomobilin üzərinə aşıb. Hadisə yerinə Şirvan Yanğından Mühafizə Xidmətinin əməkdaşları çəlb olunub. Xüsusi avadanlığın köməyi ilə ağac qaldırılıb və avtomobil ağacın altından çıxarılıb.

Xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Bir müddət yolda tıxac yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR