Şirvanda marketdə istehlaka yararsız məhsullar aşkar olunub

Şirvanda marketdə istehlaka yararsız məhsullar aşkar olunub
  • Clock-gray 17:57
  • calendar-gray 15 Fevral 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvan şəhəri, T. İsmayılov küçəsində yerləşən fiziki şəxs Muradov Rövşən Məhəmmədəli oğluna məxsus "Sərfəli" marketdə yoxlama keçiriblər.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı ərzaq mağazasında istifadə müddəti bitmiş məhsullar aşkar edilib. 

Araşdırma zamanı müəssisədə malların saxlanılması və satışı qaydalarının, həmçinin sanitar norma və qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Mağazada istifadə müddəti bitmiş məhsulların satışının qadağan edilməsi və məhv edilməsi barədə qərar qəbul edilib.

Aşkar edilmiş nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Günay Elşadqızı

Digər xəbərlər