Şirvanda ətin baytarlıq ekspertizasından keçmədən satışa çıxarılmasının qarşısı alınıb

Şirvanda ətin baytarlıq ekspertizasından keçmədən satışa çıxarılmasının qarşısı alınıb
  • Clock-gray 15:54
  • calendar-gray 03 Mart 2021

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şirvan şəhəri, Leytenant İbrahimov küçəsində yerləşən, fiziki şəxs Eminov Natiq Fazil oğluna məxsus ət satışı mağazasında yoxlama keçirilib.

AQTA-dan APA-ya verilən məlumata görə, yoxlama zamanı mağazada ətin baytarlıq ekspertizasından keçmədən, müvafiq baytarlıq şəhadətnaməsi olmadan satışa çıxarıldığı aşkar olunub. Eyni zamanada, mağazada sanitar-gigiyenik tələblərə əməl olunmadığı, dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin aparılmadığı, çalışan işçilərin ilkin və dövri olaraq tibbi müayinədən keçmədiyi məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Günay Elşadqızı

Digər xəbərlər