Şirvanda yığıncaq keçirən və qapalı yerdə maskasız aşkar olunan sakinlər cərimələnib

Şirvanda yığıncaq keçirən və qapalı yerdə maskasız aşkar olunan sakinlər cərimələnib
# 09 iyul 2020 01:34 (UTC +04:00)

Şirvan polis şöbəsi əməkdaşlarının keçirdikləri reyd zamanı Şirvan şəhəri L.T.İbrahimov küçəsindəki binada mənzillərdən birində əsgərlikdən qayıdan oğlu üçün karantin qaydalarını pozaraq yığıncaq keçirən ev sahibi və qonaqlıqda iştirak edən 6 nəfər şəhər polis şöbəsinə gətirilib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, xüsusi karantin qaydalarını pozan sakinlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə cərimələr tətbiq olunub. Qonaqlıqda iştirak edən qadınlara humanistlik göstərilib, onlara yerində ciddi xəbərdarlıq edilməklə oranı dərhal tərk etmələri tələb olunub.

Reyd zamanı qapalı yerlərdə - mağazalarda, bərbər salonunda, iaşə obyektlərində maskadan istifadə etməyən daha 7 nəfər barəsində inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub.

Eyni zamanda bir neçə iaşə obyekti karantin qaydalarını və sosial məsafəni pozduğuna görə qapadılıb, obyekt sahibləri şəhər məhkəməsinin qərarı ilə inzibati qaydada cərimə olunublar. Karantin rejiminin qaydalarına riayət etmək üçün görülən tədbirlər çərçivəsində polis reydləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR