Siyavuş Novruzov Qarabağ müharibəsi veteranlarına 150-180 manat müavinət verilməsi təklifi ilə çıxış edib

Siyavuş Novruzov Qarabağ müharibəsi veteranlarına 150-180 manat müavinət verilməsi təklifi ilə çıxış edib
# 28 dekabr 2020 12:34 (UTC +04:00)

“2018-ci ilin Prezident seçkilərindən sonra təkcə sosialyönümlü qanunların qəbulu və həyata keçirilməsi istiqamətinə 9 milyard manatdan çox vəsait ayrılıb, 30-dan çox qanun qəbul edilib”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, Qarabağ veteranlarına verilən müavinət 50 manatdan 80 manata qaldırılıb: “Lakin qiymətlərdə dəyişiklik olduğu üçün veteranlara verilən müavinət də artmalıdır. Bu vəsait heç olmasa, 150-180 manat həcmində verilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR