Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə azan oxunub, namaz qılınıb, dualar edilib

Şəkidə Vətən müharibəsi şəhidlərinin xatirəsinə azan oxunub, namaz qılınıb, dualar edilib
# 04 dekabr 2020 15:01 (UTC +04:00)

Şəkidə şəhidlərin xatirəsi yad edilib.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Şəki Cümə Məscidində Vətən müharibəsi şəhidlərinin xatirəsinə azan oxunub, namaz qılınıb, dualar edilib.

Xatırladaq ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri tədbirlər görülür. Hazırda 1 245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR