Səkkiz şəhər və rayonda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bu gündən iyulun 5-dək dayandırılıb

Səkkiz şəhər və rayonda iri ticarət mərkəzləri və “Mall”arın fəaliyyəti bu gündən iyulun 5-dək dayandırılıb
# 21 iyun 2020 00:01 (UTC +04:00)

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

İri ticarət mərkəzlərinin nəzdindəki ərzaq mağazaları və apteklərin fəaliyyətinə isə icazə verilir.

Xüsusi karantin rejimi günlərində iri ticarət mərkəzləri ilə yanaşı, “Mall”arın da fəaliyyəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR