Səkkiz şəhər və rayonda restoran, bərbərxana və gözəllik salonları iyulun 5-dək bağlanıb

Səkkiz şəhər və rayonda restoran, bərbərxana və gözəllik salonları iyulun 5-dək bağlanıb
  • Clock-gray 00:01
  • calendar-gray 21 İyun 2020

Xüsusi karantin rejiminin tətbiq olunduğu ərazilərdə 21 iyundan 5 iyuladək restoranların fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarında bildirilib.

Xüsusi karantin rejimi günlərində fəaliyyətinə icazə verilməyən sahələr sırasına bərbərxanalar, gözəllik salonları və kosmetik xidmətlər (o cümlədən, bu sahələrdə müştərinin evində və ya digər məkanda xidmət) də daxildir.

Qeyd edək ki, yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Nazirlər Kabinetinin qərarı ilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək məhdudiyyətlər tətbiq edilib.

apa-logo-mini

Digər xəbərlər