Səməd Tomuyev: “Gəncədə pandemiyaya qarşı bütün zəruri tədbirlər görülür”

Səməd Tomuyev: “Gəncədə pandemiyaya qarşı bütün zəruri tədbirlər görülür”
# 25 may 2020 11:17 (UTC +04:00)

“Nazirlər Kabineti yanında Operativ Qərargahın göstərişlərinə əsasən koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkəmizdə olduğu kimi Gəncədə də şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun nəzarəti ilə bütün zəruri tədbirlər görülür”.

APA-nın xəbərinə görə, bunu Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyev “Postpandemiya dövründə ekologiya, turizm, təhsil və media” mövzusunda keçirilən videokonfransda bildirib.

O bildirib ki, şəhərdə dezinfeksiya işləri, maarifləndirmə tədbirləri, aztəminatlı ailələrə, tənha yaşayan 65 yaşdan yuxarı sakinlərə yardım aksiyaları davam etdirilir.

Videokonfrans Gəncə Şəhər İcra Hakimiyyəti və YAP Gəncə şəhər təşkilatının təşkilatçılığı ilə reallaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR