Şöbə müdiri: “Bağçalarda sıxlıq hələ də var”

Şöbə müdiri: “Bağçalarda sıxlıq hələ də var”
  • Clock-gray 16:00
  • calendar-gray 06 Aprel 2021

Bakı Şəhər İcra Hakimiyyəti məktəbəqədər təhsil müəssisələrində sıxlıqla bağlı məsələyə münasibət bildirib.

Qurumun şöbə müdiri Elmin İmanov APA-ya bildirib ki, Bakıda əhalinin sayı artır: "Bununla əlaqədar bağçalarda sıxlıq hələ də davam edir. Düzdür, məsələ müəyyən qədər həll olunub. Amma “tam aradan qaldırılıb demək” düzgün deyil".

E.İmanov qeyd edib ki, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində olan 348 məktəbəqədər təhsil müəssisəsindən 330-u fəaliyyət göstərir: "Bu günə qədər onlardan 169-da yenidənqurma işləri aparılıb, 19 bağça sökülərək yenidən tikilib, 7 yeni bağça tikilib".

 

Günay Elşadqızı

Digər xəbərlər