Son 3 ildə minimum əmək haqqının orta aylıq əmək haqqına nisbəti 38 faizə çatıb

Son 3 ildə minimum əmək haqqının orta aylıq əmək haqqına  nisbəti 38 faizə çatıb
# 12 mart 2021 14:30 (UTC +04:00)

Ölkəmizdə aparılan ardıcıl sosial islahatlar şəraitində minimum əməkhaqqının mütəmadi artımı həyata keçirilir. Xüsusilə 2019-cu ildə reallaşdırılan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya bildirilib ki, bu artımlar ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin qabaqcıl beynəlxalq normalara uyğunluğunun təmin edilməsi istiqamətində də son üç ildə ciddi irəliləyişlərə imkan verib.

Belə ki, həmin nisbətin göstəricisi 2018-ci ildə 26,5% olduğu halda 2019-cu ildə 33,3% təşkil edib. 2020-ci ildə isə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisi 38%-ə yüksəlib. Beləliklə, 2018-2020-ci illərdə bu göstərici 11,5% yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR