Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək

Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək
  • Clock-gray 18:28
  • calendar-gray 07 Aprel 2020

"Sosial dəstəklə bağlı tədbirlər 1 milyon 900 min insanı əhatə edəcək". 

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, sosial sahədə dayanıqlığın qorunması üçün ümumilikdə istifadə olunacaq vəsait 394 milyon manatdır: "Bu məbləğin 100 milyonu dövlət büdcəsindən, 203 milyonu Dövlət Sosial Müdafiə Fondundan, 91 milyon manatı isə İşsizlikdən Sığorta Fondundan istifadə ediləcək. Yəni, hazırda dövlət büdcəsi ilə yanaşı, digər dövlət qurumlarının da bütün ehtiyatları da bu istiqamətə səfərbər edilib".

Əsmər Qabil

Digər xəbərlər

Arxiv

date