Sosial sığorta haqları ilə əlaqədar maliyyə sanksiyalarının 7%-i dövlət büdcəsinə ödəniləcək

Sosial sığorta haqları ilə əlaqədar maliyyə sanksiyalarının 7%-i dövlət büdcəsinə ödəniləcək
# 01 aprel 2020 17:18 (UTC +04:00)

Vergilər Məcəlləsinə dəyişiklik təklif olunur.

APA-nın məlumatına görə, qüvvədə olan qanuna əsasən, “Sosial sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və məcburi dövlət sosial sığortasının vəsaitlərinin cəmləşdiyi vahid fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) hesablarına köçürülür.

Təklif edilən dəyişikliyə əsasən, həmin məbləğin 7%-i dövlət büdcəsinə köçürüləcək. Başqa sözlə, “Sosial sığorta haqqında” qanunun tələblərinin pozulmasına görə vergi orqanları tərəfindən tətbiq edilən və məcburi dövlət sosial sığortasının vəsaitlərinin cəmləşdiyi vahid fonda daxil olan maliyyə sanksiyası məbləğinin 50%-i deyil, 43 faizi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) maddi-texniki bazasını və işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) hesabına, 7%-i isə dövlət büdcəsinə köçürüləcək.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR