Sərnişin və yük daşmalarının təhlükəsizliyinə, avtonəqliyyat vasitələrinin istismarına nəzarəti təmin edəcək orqanlar müəyyənləşib

Sərnişin və yük daşmalarının təhlükəsizliyinə, avtonəqliyyat vasitələrinin istismarına nəzarəti təmin edəcək orqanlar müəyyənləşib
  • Clock-gray 13:41
  • calendar-gray 11 Yanvar 2021

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti təmin edən orqanlar müəyyənləşib.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmana edilən dəyişiklikdə əksini tapıb.

Mövcud normativ hüquqi aktlar, texniki qaydalar və təlimatlar əsasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarının təhlükəsizliyinə, habelə bu daşımalarda istifadə edilən avtonəqliyyat vasitələrinin istismarına və saxlanılmasına nəzarəti Daxili İşlər Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, təhlükəli yüklərin daşınmasına münasibətdə Fövqəladə Hallar Nazirliyi, Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımaya və taksi minik avtomobilləri ilə sərnişindaşımaya münasibətdə, müvafiq olaraq, Bakı Nəqliyyat Agentliyi, Sumqayıt və Gəncə şəhər icra hakimiyyətlərinin başçıları yanında avtomobil nəqliyyatı ilə sərnişindaşıma idarələri təmin edəcək.

apa-logo-mini

Digər xəbərlər